“Neftçi”nin futbolçusu hakimləri qınadı
12 avqust 2013 17:25 (UTC +04:00)

“Neftçi”nin futbolçusu hakimləri qınadı

“Neftçi” klubunun futbolçusu Emin Mehtiyev hakimlərin vurduqları qolları qeydə almamasından şikayətlənib.

 

Lent.az-ın verdiyi məlumata görə, Emin Mehtiyev iddia edir ki, “Rəvan”la  oyunda vurduğu təmiz qol hesaba alınmayıb: “AZAL-la ilk tur oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki Araz topu kənara çıxmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü. Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı. Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. Artıq iki turdur qollarımız qeydə alınmır. Düzdür, bu yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci yerdə qərarlaşmalıydı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar