“Neftçi” klubu Azərbaycanın 19 yaşadək yığmasının və Rusiyanın “Zenit” klubunun futbolçusu Elvin Bədəlovu transfer edib. Lent.az-ın məlumatına görə, iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib.
Bu barədə “Neftçi”nin saytında yazılıb. Artıq mərkəz müdafiəçisi ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, daha öncə “Neftçi” Moskva “Lokomotiv”indən hücumçu Samir Məsimovu alıb.