“Neftçi” növbəti mərhələyə heç-heçə ilə başladı
17 iyul 2013 23:08 (UTC +04:00)

“Neftçi” növbəti mərhələyə heç-heçə ilə başladı

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitənin ən titullu klub turnirində yeganə təmsilçimiz “Neftçi” də bu gün mübarizəyə qoşulub. 


Ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzinə düşən bakılılar Albaniyanın “Skenderbeu” klubunu qonaq edib. 

8-ci km qəsəbə stadionunda keçirilən görüşdə Böyükağa Hacıyevin yetirmələri qitə miqyaslı turnirdə ilk dəfə üzləşdiyi Korça təmsilçisini məğlub etməyi bacarmayıb. Oyuna hücumlarla başlayan flaqman 90 dəqiqə ərzində rəqibin qapısına yol tapa bilməyib və görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” sabah meydana çıxacaq.

“Neftçi” (AZƏRBAYCAN) – “Skenderbeu” (Albaniya) - 0:0
Bakı. 8-ci km qəsəbə stadionu 
Baş hakim: Leontios Trattou
Baş hakimin köməkçiləri: Mixael Soteriou, Angela Kiriakou
Dördüncü hakim: Marios Tsaggaris (hakimlər briqadası Kiprdəndir)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)
Hakim-inspektor: İlkka Koho (Finlandiya)

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Kruz, 5. İqor Mitreski, 16. Buruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Valensio Aleks Flavio, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Melvin Platje
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 2. Alexandr Karlos Kardosa, 4. Tərlan Quliyev, 32. Elvin Yunuszadə, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 14. Bahodir Nasimov,
Baş məşqçi: Böyükağa Hacıyev

“Skenderbeu”: 1. Orqes Şehi, 3. Renato Arapi, 20. Ademir Ribeyro, 33. Marko Radas, 78. İvan Qvozdenoviç, 8. Nureddin Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88. Sabiean Lilay, 10. Bledi Şkembi (k), 22. Pero Pejiç
Baş məşqçi: Mirel Yosa

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914
avatar

Oxşar yazılar