İtaliya “Milan”ının vitse-prezidenti Adriano Qalliani klubdan getdiyini açıqlayıb. Lent.az-ın məlumatına görə, 69 yaşlı funksioner “qırmızı-qaralar”ın rəhbərliyində nəsil dəyişikliyinin aparılmasından incidiyini bildirib.
O deyib: “Nəsil dəyişikliyi belə aparılmamalıdır. Bu proses eleqant formada getməlidir”.
Qeyd edək ki, Adriano Qalliani “Milan”ın vitse-prezidenti vəzifəsində 1986-cı ildən çalışırdı. Onun dövründə “qırmızı-qaralar” 28 titul – 8 çempionluq, 1 İtaliya kuboku, 6 İtaliya Superkuboku, 5 dəfə Çempionlar Liqası, 2 Qitələrarası Kubok, 5 dəfə Avropa Superkuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb.