UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqu olan “The children champion cup Lukoil” çempionatı 2002-ci ildən etibarən keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, bu il ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq.
“The children champion cup Lukoil” yarışında Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. Avqustun 12-də komandamız Antalyaya yollanacaq. Həmin axşam turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-a kimi davam edəcək.
Qeyd edək ki, “İnter”dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin “Qalatasaray” və “Antalyaspor”, Bolqarıstanın “Slaviya”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo”(Tbilisi) komandaları mübarizə aparacaq. Baş məşqçi Vaqif Hidayətovun komandası turnirə 16 futbolçu ilə yollanacaq. Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.