Xaricdə təlim-məşq toplantısında olan Azərbaycan klubları növbəti yoxlama görüşlərinə çıxıblar. Lent.az-ın məlumatına görə, İspaniyanın Marbelya şəhərində hazırlıq keçən Bakı Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. “Bakı”nın yeganə qolunu 37-ci dəqiqədə penaltidən Cavid Hüseynov vurub.
Türkiyənin Antalya bölgəsindəki komandalarımıza gəldikdə, “Neftçi” Ukraynanın “Metallurq” (Donetsk) klubu ilə matçda qolsuz heç-heçə ilə kifayətlənib.
“İnter” isə Braziliyanın "Uniao" klubunu məğlub edib – 3:1. Komandamızın heyətində Sezar Meza Kolli, Asif Məmmədov və Nurxan Mənsimzadə fərqləniblər.