Bakının "İnter" futbol komandasının qış hazırlıq planı müəyyənləşib. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Komanda üzvləri yanvarın 5-də qardaş ölkədə bir araya gələcəklər. Onlar Antalya bölgəsindəki Bələk qəsəbəsində "Stanik" hotelində məskunlaşacaqlar.
Hazırlıq prosesi çərçivəsində "İnter" 5 yoldaşlıq matçı keçirəcək. Rəqib komandaların adları və oyunların təqvimi yaxın günlərdə bilinəcək.
"İnter" Vətənə yanvarın 25-də qayıdacaq.