“İmperator”  həm “Qalatasaray”ı, həm də millini çalışdıracaq
21 avqust 2013 01:11 (UTC +04:00)

“İmperator”  həm “Qalatasaray”ı, həm də millini çalışdıracaq

Xəbər verdiyimiz kimi Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi milli komandaya gətirmək istəyir. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Abdullah Avcının bu gün istefasından sonra federasiya Terimi bu vəzifəyə gətirmə üçü rəsmi fəaliyyətə başlayıb.


Belə ki, TFF rəhbəri Yıldırım Dəmirörən “Qalatasaray”ın prezidenti Ünal Aysala zəng edərək Terimlə danışıqlar aparmaq üçün icazə istəyib. Aysal isə Dəmirörənin bu istəyinə razılıq verib. Əgər 59 yaşlı mütəxəssislə razılığa gəlinsə, o hazırkı komandası ilə birgə həm də Türkiyə millisini çalışdıracaq. 
 

                                           

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146
avatar

Oxşar yazılar