“Foqts məndən üzr istədi”
12 oktyabr 2013 00:19 (UTC +04:00)

“Foqts məndən üzr istədi”

“İlk yarıda üstünlük bizim tərəfdə idi. İkinci hissədə isə öz səhvlərimizdən 2 qol buraxaraq, uduzduq”. Lent.az-ın məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra deyib.

O, 0:2 hesablı məğlubiyyətdən məyus olduqlarını bildirib. O Neyl fasilədən sonra yığmamızın taktiki sxemində edilən dəyişikliyin nəticədə əksini tapdığını da etiraf edib. Təcrübəli mütəxəssis ələ düşən fürsətlərdən yararlana bilmədiklərini də vurğulayıb.

Bununla yanaşı, O Neyl Azərbaycan millisindəki həmkarı Berti Foqtsun ondan üzr istədiyini açıqlayıb: “Oyundan sonra Foqts həm bu, həm də Belfastdakı matçda futbolçularının çıxışına görə məndən üzr istədi”.

Lakin millimizin baş məşqçisi rəqib həmkarının dediklərini təkzib edib: “Ondan niyə üzr istəməliyəm ki... Əksinə, o, məndən üzr istəməli idi ki, Belfastdakı ilk oyunda futbolçuları bizə qarşı kobud oynadılar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar