“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli oldu
16 iyun 2017 21:30 (UTC +04:00)

“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli oldu

“Fənərbaxça”da gözlənilən təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngini bundan sonra Aykut Kocamanın çalışdıracaq.

 

Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.

 

Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, “Konyaspor”a rəhbərlik edirdi.

 

Qeyd edək ki, “Fənərbaxça”nı geridə qalan mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar