Türkiyənin “Fənərbaxça” komandasının Çempionlar Liqasının seçmə oyunlarında növbəti rəqibi İngiltərənin “Arsenal” komandası olub.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İsveçrədə UEFA-nın ofisində keçirilən püşkatma zamanı bu mərhələdə qarşılaşacaq digər komandalar da müəyyənləşib:
“Dinamo Zaqreb” (Xorvatiya) – “Austria Vien” (Avstriya)
”Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə)
”Viktoriya Plzen” (Çexiya) – “Maribor” (Sloveniya)
“Şaxtyor Karagandy” (Qazaxıstan) – “Seltik” (İrlandiya)
”Steau Bükreş” (Rumıniya)- “Legia Warsaw” (Polşa)
”Lion” (Fransa) – “Real Soseydad” (İspaniya)
”Şalke 04” (Almaniya) – “Metallist Xarkov” (Ukrayna)
”FC Pacos Fereria” (Portuqaliya) – “Zenit” (Rusiya)
”PSV Eyndhoven” (Hollandiya) – “Milan” (İtaliya)
Qeyd edək ki, bu gün saat 16:00 radələrində UEFA Avropa Liqasında Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşəcək.