“Fənərbaxça”nın iki futbolçusu ölümdən dönüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Caner Erkin və Uyqar Mərt yol qəzasına düşüb.
Futbolçuların mindiyi avtomobilə başqa bir maşın dəyib və zərbənin təsirindən üç dəfə havada fırlanıb.
Xoşbəxtlikdən hər iki oyunçu uğursuz qəzadan ciddi zədə və xəsarət almadan qurtula biliblər.
Caner Erkinin meneceri sosial şəbəkə hesabından verdiyi açıqlamada hər şeyin qaydasında olduğunu bildirib.
Maraqlı bir faktı da əlavə edək ki, Uyqar Mərt bir müddət əvvəl maşını silahlı hücuma məruz Məhmət Topalın da yanında olmuşdu.