“Fənərbağça”da qalmaqal: Baş məşqçi futbolçunu məşqdən qovdu
28 noyabr 2013 12:56 (UTC +04:00)

“Fənərbağça”da qalmaqal: Baş məşqçi futbolçunu məşqdən qovdu

Həftəsonu futbol üzrə Türkiyə Superliqasında “Beşiktaş”la üz-üzə gələcək “Fənərbağça”nın məşqində 2 şok olay baş verib. Lent.az-ın məlumatına görə, əvvəlcə Əmrə Belezoğlu ayağını çimə vuraraq, xəsarət alıb.

 

Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu və mövsümün ilk yarısında bir daha meydana çıxmayacağı açıqlanıb. Digər tərəfdən, baş məşqçi Ersun Yanal müdafiə xəttinin dayaqlarından sayılan Egemen Korkmazı məşqdən qovub. İstədiyini edə bilmədiyi üçün Egemenə bir neçə dəfə xəbərdarlıq edən Yanalın əsəbləri tarıma çəkilib. Nəticədə baş məşqçi futbolçudan məşq sahəsini tərk etməsini istəyib. Müdafiəçi paltardəyişmə otağına yollanarkən, “Yanlışlığa yol verirsən” deyib.

 

Yanal daha öncə Mussa Sou və Kristianı da eyni səbəbdən heyətdən kənarlaşdırıb, Emmanuel Emenikeni isə “ilk 11-lik”dən çıxarıb.

 

Qeyd edək ki, “Fənərbağça” – “Beşiktaş” derbisi noyabrın 30-da “Şükrü Saracoğlu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152
avatar

Oxşar yazılar