İstanbulun “Fənərbağça” komandası sabah Çempionlar Liqasında püşkatma mərasiminə qatılacaq.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım söyləyib.
Bu, UEFA-nın “Fənərbağça” komandasını danışılmış oyunlarla bağlı 2 il Avrokuboklarda iştirakdan məhrum edilməsinə dair qərarının icrasının futbol üzrə Beynəlxalq Arbitraj Məhkəməsinin (CAS) tərəfindən dayandırılması sayəsində mümkün olub. Əziz Yıldırım deyib ki, “Fənərbağça” sabah keçiriləcək püşkatma mərasimi ilə Çempionlar Liqasında yoluna davam edəcək.