İngiltərənin “Çelsi” futbol klubu Samuel Eto O ilə müqaviləni uzatmayacaq. Lent.az-ın məlumatına görə, kamerunlu hücumçu ilə hazırkı müqavilə 2014-cü ilin yayında başa çatır.
“The Guardian” nəşri yazır ki, “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo komandanın bütün hücumçularından aşağı məhsuldarlıqları səbəbindən narazıdır. Mövsümün sonunda isə klubu məhz Eto O tərk edəcək. Qışda isə hücum xəttinə heç bir futbolçu alınmayacaq.
32 yaşlı forvard karyerasını Şimali Amerikanın Baş Futbol Liqasında (MLS) davam etdirəcək. Onunl ABŞ-ın “Los-Anceles Qelaksi” və “Di Si Yunayted” klubları maraqlanır. Eto O bu mövsüm “Çelsi”də 15 oyuna 4 qol vurub. O, İngiltərə klubuna Rusiya “Anji”sindən 6 milyon avroya keçib.