Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mövsümün ən sərrast oyunçusu Oruc Balaşlı olub.
“Zaqatala”nın üzvü mövsüm ərzində 27 qol vurmağa müvəffəq olub.
Divizionun çempionu “Turan Tovuz”un hücumçusu Rəhman Musayev 25 qolla ikinci, “Qaradağ Lökbatan”lı Rüfət Məmmədov isə 23 qolla üçüncü olub.