“Bavariya”nın hücumçusu keçmiş sevgilisinə görə saxlanılıb
28 iyun 2017 12:15 (UTC +04:00)

“Bavariya”nın hücumçusu keçmiş sevgilisinə görə saxlanılıb

0

“Bavariya”nın hücumçusu Kinqsli Koman polis tərəfindən saxlanılıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Koman icazəsiz onun “Instagram” hesabına daxil olmaq istəyən 21 yaşlı keçmiş sevgilisini döyüb. Qız polisə şikayət edib.

 

Bir neçə saat polis bölməsində saxlanılan hücumçu günahını etiraf etdikdən sonra sərbəst buraxılıb.

 

İş üzrə məhkəmə sentyabrda olacaq.

 

Qeyd edək ki, Koman 2015-ci ildən “Bavariya”da çıxış edir. 2017-ci ildə o myünxenlilərlə müqaviləni yeniləyib. Komanda ilə birgə o Almaniyanın 2 qat çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar