İspaniyanın “Barselona” futbol klubunun prezidenti Sandro Rossel jurnalistlərdən gizlənmək üçün qadın tualetinə girib. Lent.az-ın məlumatına görə, bu barədə blogger Dirti Takl “Yahoo!Sports”dakı bloqunda yazıb.
İnsident iyulun 9-da İspaniya Kral Futbol Federasiyasının (RFES) binasında baş verib. Federasiya assambleyasının iclasından sonra çoxsaylı jurnalist Rosseldən şərh almağa cəhd edib. Lakin “Barselona”nın prezidenti KİV nümayəndələri ilə danışmamaq üçün maraqlı yol tapıb. O, qadın tualetinə girib. Onun nə vaxt tualetdən çölə çıxdığı bilinmir.
Qeyd edək ki, Sandro Rossel 2010-cu ilin iyulundan “Barselona”nın prezidenti postundadır. O, 2003 – 2005-ci illərdə kluba Joan Laporta rəhbərlik etdiyi vaxt vitse-prezident kimi çalışıb. Əvvəllər isə Rossel idman menecmenti olub.