“Barselona”nın futbolçusu türk klubunda
20 yanvar 2016 02:52 (UTC +04:00)

“Barselona”nın futbolçusu türk klubunda

Mövsümün əvvəlində kamerunlu məşhur hücumçu Samuel Eto`onu transfer edərək, diqqətləri üzərinə toplayan Türkiyənin “Antalyaspor” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “ağ-qırmızılılar” daha 3 oyunçunun keçidini rəsmiləşdirib.


Belə ki, antalyalılar “Beşiktaş”dan Ömər Şişmanoğlunu 1.5 illik icarəyə götürüb. Bundan başqa, komanda “Mersin İdman Yurdu”ndan Oktay Delibalta və İspaniyanın 3-cü Liqasında çıxış edən “Barselona”nın 2-ci komandasında ("Barselona II") oynayan Lionel Enquene ilə də anlaşıb.


Qeyd edək ki, “Antalyaspor” Superliqanda 18 turdan sonra 12-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar