İspaniya “Barselona”sının borcu 330 milyon avroya çatıb. Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, bu barədə klubun iqtisadi əməliyyatlar üzrə vitse-prezidenti Xavyer Faus açıqlama verib.
O bildirib ki, yaxın aylarda “Barsa” bu məbləği 250 milyon avroya endirmək niyyətindədir: “Biz son 4 ildə kreditorlar qarşısında öhdəliklərimizi 200 milyon avro azaltmışıq. Gələcəkdə də belə davam etsə, 5 il sonra borcumuzu tam bağlayacağıq”.
Qeyd edək ki, “Barselona”nın əzəli rəqibi “Real Madrid”in 541 milyon avro borcu var.