“Barselona” üzr istədi
05 may 2017 08:30 (UTC +04:00)

“Barselona” üzr istədi

0

“Barselona” klubu Türkiyədən üzr istəyib. Apasport.az saytının məlumatına görə, buna səbəb kuba məxsus “Barsa” TV-də yayımlanan bir proqramda Türkiyə xəritəsində bu ölkəyə məxsus bir neçə şəhərin göstərilməməsi olub.

 

Kataloniyalılar yenə eyni kanaldakı proqramların birində səhvə görə üzrxahlıq mesajı yayımlayıb.

 

Mesajda bunun sadəcə, texniki səhv olduğu vurğulanaraq, həm Türkiyədən, həm də klub azarkeşlərindən üzrxahlıq edilib.

 

Qeyd edək ki, “Barsa” TV-də yayımlanan proqramdan sonra Türkiyənin Madriddəki səfirliyi və Barselonadakı konsulluğu kluba məsələylə bağlı etirazını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar