“Baku Fires” “Astana Arlans”ı məğlub edib
18 yanvar 2014 23:32 (UTC +04:00)

“Baku Fires” “Astana Arlans”ı məğlub edib

Yanvarın 18-də Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında növbəti qarşılaşması keçirilib.

 

Quba Olimpiya Kompleksində keçirilən üçüncü ev qarşılaşmasında komandamızın rəqibi liqanın son qalibi Qazaxıstanın “Astana Arlans” kollektivi olub.
İlk qarşılaşmada komandamızın üzvü, Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadənin (52 kq) rəqibi Asiya oyunlarının finalçısı, London Olimpiya Oyunlarının iştirakçısı İlyas Süleymanovu, 60 kq çəkidə təmsilçimiz dünya və Avropa çempionu Albert Səlimov isə WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovu, komandamızın digər üzvü Yevgeni Romaşkeviç (69 kq) Meirim Nursultanovu, super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyev isə rəqibi  təcrübəli boksçu Ruslan Mırsatayevi məğlub edib. 
81 kq çəkidə yarışan boksçumuz Samir Məmmədov “Astana Arlans” klubunun iranlı legioneri Ehsan Rouzbahani ilə görüşdə qələbəyə sevinə tərəf iranlı idmançı olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar