Ötən gün Madriddə təlim-məşq toplanışı keçən “Bakı”nın U-14 komandası və nümayəndə heyətinin üzvləri İspaniya çempionatının Madrid "Atletiko"su və "Valensiya" arasında keçirilən qarşılaşmasını stadionda canlı izləyib. Apasport.az “Bakı”nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyada uzunmüddətli təlim keçən 5 futbolçumuz da onlara qatılıb.
Oyundan əvvəl "Atletiko"nun prezidenti Enrike Sereso məşqçi heyəti və futbolçularla bir araya gəlib. "Bakı" futbol akademiyasının rəhbəri Yüksəl Kəpoğlu yeniyetmə futbolçularımızın Madriddə keçirdiyi hazırlıq prosesi barədə ətraflı məlumat verib. Ardından klub prezidentinə xatirə hədiyyələri təqdim olunub. Madrid klubunun rəhbərliyi də öz növbəsində nümayəndə heyətinin üzvlərinə üzərində klub simvolu olan suvenirlər bağışlayıb.
Qeyd edək ki, gənc futbolçularımız "Atletiko"nun “Valensiya” üzərində 3:0 hesablı qələbəsinin şahidi olub.