“Bakı” ispaniyalı Avropa çempionları ilə müqavilə bağladı
07 avqust 2013 18:47 (UTC +04:00)

“Bakı” ispaniyalı Avropa çempionları ilə müqavilə bağladı

“Bakı” klubu daha 2 futbolçu transfer edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mario Alvares və Ruben Qonsaleslə 2 illik müqavilə bağlanılıb.

 

Həm Alvares, həm də Qonsales müdafiəçi ampluasında çıxış edir. Onların hər 2-si 31 yaşındadır.

 

Qeyd edək ki, Mario Alvares 1982-ci il, fevralın 2-də İspaniyanın Tenerife şəhərində anadan olub. Futbolçu karyerasına “Atletiko Madrid C” komandasında başlayan Alvares daha sonra “Atletiko Madrid B”, “Real Valyadolid”, “Barselona”, “Rekreativo”, “Xetafe” və “Betis” klublarında çıxış edib. İspaniya U-16 milli komandasının heyətində Avropa çempionu titulunu qazanıb. 

Ruben Qonsales isə 1982-ci il yanvarın 29-da İspaniyanın Santyaqo De Kompostela şəhərində anadan olub. Futbolçu karyerasına “Kankso” komandasında başlayan Qonsales daha sonra “Kompostela”, “Real Madrid C”, “Real Madrid B”, “Real Madrid”, “Borussiya Mönxenqladbax” (Almaniya), “Albasete”, “Rasinq”, “Selta”, “Malyorka” və “Osasuna” klublarında çıxış edib. İspaniya U-16 milli komandasının heyətində Avropa çempionu titulunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar