Fransada təlim-məşq toplanışında olan “Bakı”nın 19 yaşadək futbolçulardan ibarət komandası ilk yoxlama matçını keçirib. Lent.az-ın məlumatına görə, rəqib yerli “Lans” klubu olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:2. “Bakı”nın qollarını Muradi Dosayev və Əlimərdan Əlimərdanlı vurub.
Qeyd edək ki, “Lans”ın düşərgəsində hazırlıq keçən “Bakı” yerli klubun U-19 komandasının baş məşqçisi Paskal Plank və qapıçılar üzrə məşqçisi Jan-Pyer Loriselanın rəhbərliyi altında məşq edir.