Fransanın Lans şəhərində təlim-məşq toplantısında olan “Bakı” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası ilk yoxlama matçını keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Lans” komandasındakı həmyaşıdları ilə üz-üzə gələn Azərbaycan təmsilçisi məğlub olub.
Görüş ötən gün “Lans”ın “La Qaillette” bazasında baş tutub. Amma matçın hesabı barədə məlumat verilmir.
Qeyd edək ki, hazırlıq prosesi noyabrın 17-dək davam edəcək. Bu müddətdə “Bakı” “Lans”ın futbol akademiyasında məşqçi Arsen Hervenin rəhbərliyi altında çalışacaq və daha 2 yoxlama matçına çıxacaq.