İspaniyada təlim-məşq toplantısında olan “Bakı”nın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) ilk yoxlama oyununu qələbə ilə başa vurub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib “Atletiko”nun eyni yaş qrupu üzrə komandası olub.
Madrid klubunun bazasında baş tutan matçda “Bakı” 2:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Şakir Seyidov və Mirnahid Quliyev vurub.
Dekabrın 11-də “Bakı” Madridə ekskursiyaya çıxacaq və yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45-də) “Atletiko”nun “Visente Kalderon” stadionunda “Portu” ilə keçirəcəyi Çempionlar Liqası matçını izləyəcək.