Yanvarın 27-də qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, Bakının “Azərreyl” klubu son tur çərçivəsində Almaniya “Ştutqart”ı ilə üz-üzə gəlib.
Hər iki komanda üçün həyati əhəmiyyət daşıyan qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, "Azərreyl" istənilən hesabla qalib gələcəyi halda mübarizəni CEV kubokunda davam etdirmək şansı qazanacaqdı. Ancaq voleybolçularımızın qələbə üçün gücü çatmayıb. Hər üç setdə də sona qədər mübarizə aparan komandamız sonda məğlubiyyətlə barışmalı olub.
Bundan əvvəl Bakıda Çempionlar Liqasının qrup mərhələsinun son tur çərçivəsində “Lokomotiv” klubu Kazan “Dinamo”sunu qəbul edib. Hər 2 komanda pley-offa vəsiqə qazanmaqla yanaşı, turnir cədvəlində mövqeyini də təmin etdiyindən görüş formal xarakter daşıyıb.Qarşılaşma təmsilçilərimizin başdan sona üstünlüyü şəraitində keçib. İlk iki hissədə asanlıqla qələbə qazanan "dəmiryolçular" üçüncü və həlledici setdə bir az çətinlik çəksə də, yekunda qələbə hesabını rəsmiləşdirə bilib. Bununla da "Lokomotiv" xalını 12-ə yüksəldib.
VI tur
A qrupu
“Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan) - 3:0 (25:21, 25:23, 25:22)
“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:0 (25:16; 25:21, 25:23)
1 |
Dinamo |
6 |
5 |
1 |
15-5 |
481-410 |
15 |
2 |
Lokomotiv |
6 |
4 |
2 |
14-8 |
521-460 |
12 |
3 |
Ştutqart |
6 |
2 |
4 |
6-13 |
391-356 |
6 |
4 |
Azərreyl |
6 |
1 |
5 |
6-15 |
431-498 |
3 |