“Azercell” şirkəti AFFA ilə danışıqlara başlayıb. Bu haqda Lent.az-a şirkətin yeni prezidenti Kiril Qaburiç açıqlama verib.
Qaburiç bildirib ki, oktyabrın sonlarında yekunlaşacaq müqavilənin növbəti dövr üçün də uzadılması istiqamətində danışıqlar aparılır. Lakin o, danışıqların detallarını və mümkün anlaşmanın hansı müddətə nəzərdə tutulduğunu açıqlamayıb.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bir neçə gün öncə yaxın vaxtlarda “Azercell” şirkəti ilə danışıqlara başlayacaqlarını açıqlayıb. O, ilin sonunadək danışıqların yekunu barədə ictimaiyyəti məlumatlandıracaqlarını bildirib. “Azercell” 2009-cu ilin mayında AFFA ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət Azərbaycan milli komandası və U-17 Liqasının sponsoru olub.