Futbol üzrə Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının və ən gözəl qol sahiblərinin mükafatlandırılma mərasimində maraqlı anlar yaşanıb. Lent. az-ın məlumatına görə, oktyabrın ən gözəl qolunun müəllifi Rauf Əliyevə mükafat təqdim edilərkən, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ona sual verib.
Musayev Əliyevdən “O qolu vurmağı məşq etmişdin?” deyə soruşub. “Bakı”nın hücumçusunun cavabı belə olub: “Xeyr, belə qollar məşq nəticəsində vurulmur, oyun epizodunda alınır. Mənim də qolum təsadüfi alındı, heç belə qol vurmağı məşq etməmişdim”.
Sentyabrın ən yaxşı oyunçusu və ən gözəl qolunun müəllifi də “Bakı”nın futbolçusu olub. Bu, vaxtilə “Qarabağ”da da Rauf Əliyevlə çiyin-çiyinə çıxış etmiş Əfran İsmayılovdur. İsmayılovla 11 yaşından birgə futbol oynadıqlarını xatırladan Əliyev “Bu il az da olsa, öz oyunumuzu tapa bilir, bir- birimizi yaxşı başa düşürük” deyib.
Musayev isə onlara uğurlar arzulayaraq, söz verib ki, mövsümün sonunadək mütəmadi olaraq, ən yaxşı seçilsələr, PFL tərəfindən 10000 manat mükafat alacaqlar. Qurumun prezidenti oktyabrın ən yaxşı futbolçusu seçilən Reynaldo Silvaya ünvanlanan “Azərbaycanda milliləşdirmə prosesi adət halını alıb. Sizə də təklif gəlsə, qəbul edərsiniz?” sualına reaksiya verib. “Qarabağ”ın hücumçusu “Məgər Fransa yığmasında oynayanların hamısı fransızlardır? Türkiyədə olarkən, təklif etdim ki, türkdilli ölkələrin futbolçularını legioner saymayaq. Amma əfsuslar olsun ki, saymadılar” deyib.
Reynaldo isə “Düşünürəm ki, Azərbaycan yaxşı ölkədir. Millidən yaxşı təklif gələrsə, düşünə bilərəm” cavabını verib. Bu zaman Musayev “Yaxşı təklif dedikdə nəyi nəzərdə tutursan?” sualını verməkdən özünü saxlaya bilməyib. Braziliyalı legioner dəqiqləşdirmə aparıb: “Yəni, millinin baş məşqçi mənim oyunumu bəyənsə. Bunu nəzərdə tuturam”.
“Azərbaycan millisindən yaxşı təklif gələrsə, düşünə bilərəm”
1194