“Ayntraxt”ın yeni transferi “Qarabağ”a qarşı oynamayacaq
19 avqust 2013 13:09 (UTC +04:00)

“Ayntraxt”ın yeni transferi “Qarabağ”a qarşı oynamayacaq

Almaniyanın “Ayntraxt” klubunun yeni transferi Vatslav Kadlets futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. Lent.az-ın məlumatına görə, səbəb 21 yaşlı hücumçunun bu mövsüm əvvəlki klubu Çexiya “Sparta”sının heyətində Avroliqanın II təsnifat mərhələsində meydana çıxmasıdır.

 

Kadlets iyulun 18-də və 25-də keçirilmiş oyunlarda İsveç “Hakken”inə qarşı oynayıb. Hər 2 qarşılaşmada 90 dəqiqə meydanda olmasına baxmayaraq, o, qol vura bilməyib. İlk görüşdə evdə 2:2 hesablı heç-heçə edən “Sparta” cavab matçında 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Yeni qaydalara əsasən, Kadlets yalnız qrup mərhələsində “Ayntraxt”a kömək edə bilər.

 

Qeyd edək ki, Vatslav Kadlets bu mövsüm Praqa komandasının heyətində Çexiya çempionatında 5 oyuna 3 qol vurub. Ötən mövsüm isə o, 26 matçda 14 dəfə fərqlənib. “Sparta”nın heyətində 2008-ci ildən çıxış edən “Kadlets” “Ayntraxt”a 3,2 milyon avroya transfer olub. İctimaiyyətə avqustun 19-da təqdim olunacaq yeni transferlə 2017-ci ilin yayınadək müqavilə bağlanılıb. “Qarabağ” və “Ayntraxt” arasındakı ilk görüş avqustun 22-də Bakıda, cavab görüşü isə bundan 1 həftə sonra Frankfurtda keçirilməlidir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar