“Ayntraxt”da olan qapıçımız: “Qarabağ”ın yaxşı şansı var
12 avqust 2013 16:26 (UTC +04:00)

“Ayntraxt”da olan qapıçımız: “Qarabağ”ın yaxşı şansı var

“5 il öncə 1 ay “Ayntraxt” klubunun düşərgəsində qalmışdım. Həmin vaxt əsas komandanın məşqlərini və oyunlarını izləmək imkanım olmuşdu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının (U-21) qapıçısı Andrey Popoviç deyib.

AFFA ilə “Ayntraxt” arasındakı əməkdaşlıq çərçivəsində Frankfurt təmsilçisinin düşərgəsinə yollanan 2 futbolçudan biri olan Popoviç təxminən 1 ay orada məşq keçmişdi.

Popoviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan Bundesliqa təmsilçisinin bəzi üzvlərini tanıdığını bildirib: “Bəzi futbolçularla tanışam. Mənimlə birlikdə yeniyetmələr ibarət komandada hazırlıq keçənlərdən Sebastyan Yunq artıq əsas heyət üzvüdür. Sağ cinah müdafiəçisi ilə bir yerdə məşq etmişik. Həmin vaxt mənim klubun U-23 komandasında qalmaq variantım var idi. Lakin nədənsə alınmadı. Yoxsa elə alınardı ki, indi “Qarabağ”a rəqib də ola bilərdim”.

Hazırda Türkiyə PTT liqasında “Tavşanlı Linyitspor” klubunun şərəfini qoruyan qapıçının fikrincə, “Qarabağ” “Ayntraxt”la oyunlardan qalib ayrıla bilər: “Açığı, onların uğurla çıxış edib, Avropa Liqasına vəsiqə qazanması məni təəccübləndirdi. Düşünürəm ki, “Qarabağ”ın mərhələ keçməyə yaxşı şansı var. Əlbəttə ki, ardıcıl 2-ci mövsüm Azərbaycanın qrup mərhələsində təmsil olunması mümkündür. “Qarabağ” hazırda çox yaxşı formadadı. Təlim-məşq toplanışının ardından avrokuboklarda 6, çempionatda 2 oyun keçiriblər. “Ayntraxt” isə mövsümə yenicə başlayır”.

Qeyd edək ki, “Ayntraxt”da hazırlıq keçən digər futbolçumuz “Neftçi”nin oyunçusu Emin Mehdiyev olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar