“Araz” I diviziona buraxıldı
14 avqust 2013 13:50 (UTC +04:00)

“Araz” I diviziona buraxıldı

Naxçıvanın “Araz” futbol klubunun Azərbaycan çempionatının I divizionunda iştirakına rəsmən icazə verilib. Lent.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.

 

Komitə üzvü Mirkamil Rəhimov Lent.az-a bildirib ki, I divizion komandalarının Naxçıvana səfər xərclərini AFFA öz üzərinə götürüb. “Araz”ın özü isə səfər oyunlarına öz hesabına gedəcək.

 

Qeyd edək ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev daha öncə jurnalistlərə açıqlamasında Naxçıvanda regional liqa yaratmaq istədiklərini söyləmişdi. O demişdi ki, regional liqanın qalibi ilə I divizion qalibi arasında “pley-off” görüşünün keçirilə və nəticədə Premyer Liqaya vəsiqə sahibinin adına aydınlıq gələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Oxşar yazılar