Topaz Premyer Liqasında XIV turun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Lider “Qarabağ”la eyni xala sahib “Neftçi” “İnter”in qonağı olub. Paytaxt derbisi qarşılıqlı hücumlar şəraitində keçsə də, “bankirlər” ilk dövrədəki məğlubiyyətin revanşını almağı bacarıblar.
Belə ki, “İnter” hesabı açdıqdan sonra “ağ-qaralar” azlıqda qalmalarına baxmayaraq, status-kvonu bərpa ediblər. Bu isə çox çəkməyib. Cəmi 9 dəqiqə sonra Vaqif Cavadov özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın başa çatmasına 9 dəqiqə qalmış isə Aleksandr İaşvili oyunun hesabını müəyyənləşdirib – 3:1.
Bununla da, “İnter” qələbə sayəsində 1 pillə irəliləyərək, 5-ci pilləyə qalxıb. Dubl edən yığmamızın hücumçusu Cavadov isə bombardirlər siyahısında birinci yerə yüksəlib.
Qeyd edək ki, XIV tur sabah keçiriləcək “Qarabağ” – “Rəvan” qarşılaşması ilə başa çatacaq.