“İcraiyyə Komitəsi Berti Foqtsla müqavilənin uzadılmamasına qərar versə, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərə baxılacaq. İlk növbədə qərar qəbul olunmalıdır”. Bunun Lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Onun sözlərinə görə, Foqtsun yığmamızdakı taleyinə dair qərar açıqlanmamış digər mütəxəssislərlə danışıqlara başlamaq məntiqsizlik olardı: “O gün yazıblar ki, Qus Hiddink yığmamıza rəhbərlik edə bilər. İndi biz kiminləsə danışıqlara başlasaq, sabah İcraiyyə Komitəsinin üzvləri mənə deyəcək ki, Elxan, niyə biz qərar verməmiş bu addımı atmısan?”