2 oyunda 10 top buraxan məşqçi danışmağa söz axtarır
25 iyul 2013 23:22 (UTC +04:00)

2 oyunda 10 top buraxan məşqçi danışmağa söz axtarır

“Söz tapa, fikirlərimi izah edə bilmirəm. Öncə hesaba görə nəticəyə görə komanda azarkeşlərindən üzr istəyirəm. 45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Makkabi”yə məğlubiyyətdən sonra deyib.


Uelsli mütəxəssis 0:8 hesabı ilə uduzduqları oyuna şərh verməkdə çətinlik çəkdiyini bildirib: “Məsuliyyəti öz üzərimə götürürəm. Mən də nəticənin belə olmasını istəməzdim. Çox-çox üzr istəyirəm. İstefaya gəlincə, indi pis vəziyyətdəyəm. Ola bilsin bəzi futbolçular istefama sevinsin. Ola bilsin, baş məşqçi qaldı, həmin futbolçular getsin. 1 nəfəri göndərmək bütün komandanı göndərməkdən daha asandır. Onlardan bəziləri əvvəldən göndərilməli idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1250
avatar

Oxşar yazılar