10 komandadan biri!
13 oktyabr 2014 17:15 (UTC +04:00)

10 komandadan biri!

Azərbaycan millisi tarixində ilk dəfə Xorvatiya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın bu gün Osiyekdə baş tutacaq görüşünədək Balkan təmsilçisi ilə qarşılaşmayan yığmamız tarixinin 65-ci rəqibi ilə üz-üzə gələcək.

 

İndiyədək 64 komanda ilə görüşən millimizin 22 illik tarixindəki rəqiblərin siyahısına yeni ad əlavə ediləcək. Əvvəlki rəqiblərimizdən 18-i Asiya, 3-ü Şimali və Mərkəzi Amerika zonasını təmsil edirdisə, UEFA-ya daxil olan 43 komanda ilə görüşmüşdük.

 

Xorvatiya bizim üçün 44-cü Avropa təmsilçisi oldu. UEFA zonasında 54 komandanın olduğunu, yığmamızın da bunlardan biri olduğunu, 53 mümkün rəqibdən 43-ü ilə üz-üzə gəldiyimizi nəzərə alsaq, millimizin qarşılaşmadığı 10 ölkə təmsilçisi qalıb. Yığmamızın indiyədək görmədiyi 10 komandadan biri olan Xorvatiya ilə görüşdən sonra isə bu rəqəm 9-a enəcək.

 

Bunlar Cəbəllütariq, Danimarka, Ermənistan, Hollandiya, İrlandiya, San-Marino, Sloveniya, Şotlandiya, Yunanıstan yığmalarıdır. Bu komandalardan biri – Ermənistanla üz-üzə gəlməyimiz isə yalnız kağız üzərində feal görünmür. UEFA onların eyni qrupa düşməsinə qadağa qoyduğundan belə matç yalnız neytral ölkədə baş tutan final mərhələsinə təsadüf edə bilər. Bunun üçün isə hər iki yığma seçmə mərhələni adlamalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar