104 gün sonra...
14 mart 2017 22:24 (UTC +04:00)

104 gün sonra...

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri 2017-ci ildə ilk dəfə məğlub olub.

 

Mövsümdəki ikinci məğlubiyyət XXII tura təsadüf edib. Səfərdə “Neftçi”yə yenilən əyalət klubu 104 gündən sonra xalsız qalıb.

 

Belə ki, “qırmızı-qaralar” sonuncu dəfə ötən il noyabrın 29-da səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu.

 

XIII turdan sonra 8 matçda uduzmayan “Qəbələ” 104 günlük seriyası ilə vidalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar