Xavidən "Barselona"dan getməsi ilə bağlı QƏTİ CAVAB
02 mart 2024 19:45 (UTC +04:00)

Xavidən "Barselona"dan getməsi ilə bağlı QƏTİ CAVAB

"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda ayrılmaq qərarının dəyişə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, baş məşqçi bu sualı, “Mövsümün sonunda klubdan ayrılmaq qərarımda qətiyəm. Dəyişiklik yoxdur. Mən gedəcəm”, deyə, cavablandırıb.

Xatırladaq ki, Xavi daha əvvəl mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. Bununla belə, Kataloniya klubunun prezidenti Joan Laportanın mütəxəssisin növbəti mövsümdə də klubda qalmasını istədiyi barədə məlumatlar var.

Xavi 2021-ci ildən "Barselona"ya rəhbərlik edir. Komandaya İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb. İspaniya La Liqasının cari mövsümündə 26 turdan sonra "Barselona" 57 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 65 xalla "Real Madrid" başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5430
avatar

Oxşar yazılar