“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”ə məğlubiyyəti (1:2) şərh edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, baş məşqçi məğlubiyyətin səbəbini açıqlayıb:
“İkinci hissədə soyuqqanlılığımız yox idi. Daha çox səbir lazımdır. Xırda şeylərə görə uduzduq. Bizim qolumuzdan sonra iki dəfə fərqləndilər. Ümumiyyətlə, yaxşı oynadıq, böyük komandaya qarşı mübarizə apardıq və yaxşı görünürdük. Heyf ki, uduzduq”.
Fevralın 24-də Nyon şəhərindəki Avropa Futbol Evində keçiriləcək püşkatma mərasimindən sonra “Mançester Yunayted”in Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşəcək.