Xavi: "La Liqanın qalibi olmaq daha da çətinləşdi"
12 fevral 2024 14:20 (UTC +04:00)

Xavi: "La Liqanın qalibi olmaq daha da çətinləşdi"

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 24-cü turunda "Qranada" ilə heç-heçə (3:3) etdikləri matç barədə danışıb.

Lent.az xəbər verir ki, mütəxəssis La Liqanın qalibi olmaq üçün şanslarını da dəyərləndirib: “Komandada inam, cəsarət və istək var idi, lakin təəssüf ki, bu kifayət etmədi. "Jirona" ilə fərqi aradan qaldırmaq və çempionluq yarışında qalmaq şansımız oldu, amma işlər daha da pisləşdi. "Qranada"nı bu matça görə təbrik edirəm. Onlara təhlükəli anlar yaşadıq. Hətta matçdan əvvəl də La Liqanın qalibi olmaq çox çətin görünürdü, amma indi daha da çətinləşdi”.

Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində 51 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider "Real"dan 10 xal geri qalır. "Qranada" isə 13 xalla 19-cudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Oxşar yazılar