
Veteran futbolçu: “Qurban gördü ki, yığma yuxarıdan idarə olunur...”

“İndiki cavan məşqçilərimiz de Byazidən min dəfə çox xeyir verər”.
Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçu Mehman Alışanov Azərbaycan millisinin hazırkı durumu barədə danışarkən deyib.
Futbolçu karyerası ərzində “Qarabağ”, “Şəmkir”, “Viləş”, “Turan” kimi komandalarda çıxış etmiş Alışanov yığmada əcnəbi məşqçilərin çalışmasına qarşıdır: “İllərdir əcnəbi mütəxəssis gətirirlər. De Byazi bir ildir buradadır, kimə nə öyrədə bilib? Müdafiə futbolunu bizimkilər də bacarar. İllərdir Foqts, Prosineçki kimilərini boş-boşuna gətirirlər”.
51 yaşlı mütəxəssis 2018-ci ildə yığmaya rəhbərlik edən “Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanovun vaxtından tez ayrılmasına da münasibət bildirib. Onun fikrincə, AFFA-dan göstərişlərin verilməsi Qurbanovun millidən getməsinə səbəb olub: “Yerlilərdən son illər yalnız Qurban Qurbanov təyin olunmuşdu, o da qalmadı. Məncə, Qurban istəsəydi qalardı. Gördü ki, yığma yuxarıdan idarə olunur, heyət qurulanda AFFA-dan müdaxilə olunur, hərə bir tərəfdən göstəriş verir. Qurban elə bunları qəbul eləmədiyi üçün getdi. Adlı-sanlı məşqçidir, “Qarabağ”da uğurlar qazanır. Göz görə-görə özünü niyə “yandırsın?” Əminəm ki, yığmada gördükləri onu təəccübləndirdi. Fikirləşdi ki, “Qarabağ”da başım sakit işimi davam etdirim, uğurlarımı qazanım”.
Qeyd edək ki, millinin hazırkı baş məşqçisi Canni de Byazinin AFFA ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Oxşar yazılar

Azərbaycanda ilk şahmat akademiyası - FİDE təsdiqlədi
26 fevral 2021 , 17:46
Avropa liqasında növbəti mərhələnin püşkü atıldı
26 fevral 2021 , 16:24
Dünya çempionunun evində marixuana ferması tapıldı
26 fevral 2021 , 14:00
Aronyan Ermənistanı tərk etdi
26 fevral 2021 , 13:35
“Hamilə qalsan, özümü güllələyəcəyəm” – İdmançı
26 fevral 2021 , 11:15
Ronaldo Messi ilə şərikdir
26 fevral 2021 , 10:27
“Ağ-qaralar” qola həsrətdir - “Neftçi”nin sindromu
26 fevral 2021 , 09:07
Məhkəmə “Qalatasaray”ın istəyini təmin etdi
26 fevral 2021 , 06:11