Serb Novak Cokoviç bu gün Australian Opendə 100-cü oyununu keçirir.
Lent.az-ın xarici mediaya istinadən verdiyi informasiyaya görə, Cokoviç Açıq erada dörd Böyük dəbilqə turnirinin hər birində 100 və ya daha çox oyun keçirən ilk kişi tennisçi olub.
Novak Uimbldonda 103 oyunda (92 qələbə), US Opendə 101 oyunda (88 qələbə) və “Rolan Qarros”da 108 oyunda (92 qələbə) oynayıb.
Xatırladaq ki, 36 yaşlı Cokoviç 24 qat Böyük dəbilqə çempionudur.