Transfer qiyməti  dünya rekordu   ola bilər
07 fevral 2024 18:10 (UTC +04:00)

Transfer qiyməti dünya rekordu ola bilər

"Liverpul"un hücumçusu Məhəmməd Salah yayda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçərək transfer qiymətinə görə yeni dünya rekordu vura bilər. 

Lent.az bildirir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırkı çempion Səudiyyə Ərəbistanı 31 yaşlı misirli ilə maraqlanmağa davam edir və növbəti transfer pəncərəsində onun üçün 200 milyon funt sterlinq (234 milyon avro) təklif edəcək. "Liverpul" Salahı satmağa razı olsa, onun transferi futbol tarixinin ən bahalı transferi olacaq.

Hazırkı rekord transfer Neymarın 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə transferidir.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Misirli bu mövsüm komandanın heyətində 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Salahın mersisaydlılarla müqaviləsi gələn mövsümün sonuna qədərdir.

Keçən yay “Əl İttihad” yarımmüdafiəçi Fabinyonu “Liverpul”dan 40 milyon funt-sterlinqə almışdı. Yarımmüdafiəçi Cordan Henderson və hücumçu Roberto Firmino da Səudiyyə Ərəbistanına transfer olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12282
avatar

Oxşar yazılar