“Atletiko Madrid” qış transfer pəncərəsinin son günündə “Tottenhem”in və İrlandiya millisinin müdafiəçisi Mett Doherti ilə müqavilə imzalayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu ilə müqavilə cari mövsümün sonuna kimi bağlanıb. “Tottenhem Hotspur” Dohertinin əvəzinə “Sportinq”in müdafiəçisi Pedro Porronu alıb.
Doherti bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb, 1 qol vurub.