Toni Kroos Madriddə yeni klub  yaradır
11 sentyabr 2024 12:37 (UTC +04:00)

Toni Kroos Madriddə yeni klub yaradır

"Real Madrid"in və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos Madriddə yeni futbol klubu yaratmağı planlaşdırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, klub futbolçunun adını daşıyacaq. Yeni klubun uşaqlar üçün nəzərdə tutulduğu bildirilir.

Kroos son bir neçə həftə ərzində Kral Madrid Futbol Federasiyası və “Encinas de Boadilla” idman klubunun rəsmiləri ilə danışıqlar aparıb.

Xatırladaq ki, Kroosun peşəkar karyerasında son oyunu 2024-cü il Avropa çempionatında baş tutub. Turnirin 1/4 finalında Almaniya yığması İspaniya millisi ilə qarşılaşıb. Bundesteam 1:2 hesabı ilə məğlub olub.

Yarımmüdafiəçi klub karyerasında 754 oyun keçirib (73 qol və 166 məhsuldar ötürmə), 33 kubok qazanıb. Kroos Almaniya millisində 113 oyunda iştirak edib (17 qol və 21 məhsuldar ötürmə). Alman yarımmüdafiəçi 2014-cü ildə dünya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar