İrina Zaretska
07 avqust 2021 16:15 (UTC +04:00)

İrina Zaretska

Tokio-2020: Daha bir idmançımız MEDAL qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının son təmsilçisi mübarizəyə qoşulub.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, qadın karateçimiz İrina Zaretska +61 kq çəki dərəcəsində mübarizə aparıb. O, ikinci yeri turub.

Karate
7 avqust
Qadınlar, +61 kq
A qrupunda yer alan Avropa və dünya çempionu İrina Zaretska ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşıb. Karateçimiz qarşılaşmanı 4:1 hesabı ilə aktivinə yazıb. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərib, Karateçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəlib.

Zaretska üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. O, Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub. Təmsilçimiz son döyüşündə isə Meltem Hocaoğluya qalib gəlib. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vurub.

Ən azı bürünc medalı özü üçün təmin edən 25 yaşlı karateçi yarımfinala yüksəlib. O, finala gedən yolda digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib - 7:2. Zaretska finalda misirli Feryal Abdelazizlə qarşılaşıb. O, uğurlu seriyanı davam etdirə bilməyib və 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, Rafael Ağayev (75 kq) gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Oxşar yazılar