Tarixin  ən bahalı   yarış atını aldı
06 fevral 2024 17:49 (UTC +04:00)

Tarixin ən bahalı yarış atını aldı

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson açıq hərracda indiyə qədər satılan ən bahalı yarış atının sahibi olub.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 82 yaşlı Ferqyuson 633 min funt-sterlinqə başa gələn Kolduell Potter adlı altı yaşlı ayğır alıb. Şotlandiyalı, britaniyalı Darren Yeytsin 620 min funt-sterlinqə İnterkonnekted adlı ayğır alması ilə 2019-cu ildən bəri mövcud olan dünya rekordunu qırıb.

Ferqyuson uzun müddətdir ki, İngiltərədə xüsusilə məşhur olan at yarışlarının pərəstişkarıdır. Daha əvvəl ingilis mediası şotlandiyalının əvvəlki atının yarışlarda zədələndiyini və evtanizasiya edilməli olduğunu yazmışdı.

Ser Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib və onunla İngiltərə futbol tarixində ən çox mükafat alan baş məşqçi olub. Onun rəhbərliyi altında mankunianlar 13 dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə kubokunu və on dəfə İngiltərə Superkubokunu, həmçinin dörd dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Ferqyuson həm də iki dəfə Çempionlar Liqasında “Mançester Yunayted”ə qələbə qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5235
avatar

Oxşar yazılar