"Tarix yazmaq istəmirəm" - Mourinyo
19 may 2023 10:32 (UTC +04:00)

"Tarix yazmaq istəmirəm" - Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubun avroliqanın finalına yüksəlməsi ilə əlaqədar açıqlama verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis “Bayer Leverkuzen” ilə matçdan sonra deyib:

“Mən “Roma”nın tarixini yazmaqda deyil, oyunçulara inkişaf etməyə və vacib bir iş görməyə kömək etmək, həmçinin mənə çox şey bəxş edən “Roma” azarkeşlərini sevindirməkdə maraqlıyam”.

Qeyd edək ki, yarımfinal qarşılaşmasında “Roma” Almaniyanın “Bayer”indən güclü olub. İlk görüş İtaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb, ikinci görüş isə heç-heçə qeydə alınıb - 0:0.

2023-cü il Avropa Liqasının finalı mayın 31-də Budapeştdəki Puşkaş Arenada keçiriləcək. Finalda “Roma” və “Sevilya” qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar