Superliqada hər kluba 350 milyon avro
22 yanvar 2021 09:04 (UTC +04:00)

Superliqada hər kluba 350 milyon avro

Yeni yaradılacaq Avropa Superliqasına qoşulacaq klubların qazancı bəlli olub.

Apasport.az saytının məlumatına görə, turnirdə oynamağa razılıq verəcək hər klub liqaya qoşulmaq üçün 350 milyon avroya yaxın vəsait alacaq.

Yarışa 15 komanda daimi əsasla qatılacaq. Digər 5 klub isə mövsümün nəticələrinə əsasən turniri tərk edə bilər. 

Bura İngiltərənin 6 klubunun daxil edilməsi planlaşdırılır. Onlar arasında “Mançester Yunayted”lə “Liverpul” da olmalıdır.

20 iştirakçı iki qrupda mübarizə aparacaq. Hər klub 18-23 matç keçirəcək.

Qeyd edək ki, FİFA və UEFA indidən Superliqa klublarına öz bayrağı altında oynamağa icazə verməyəcəyini açıqlayıb.

# 1314
avatar

Oxşar yazılar